Prezident İlham Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitinə qatılacaq

Prezident İlham Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitinə qatılacaq

Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Zirvə toplantısına qatılacaq.

Milletinsesi.info-nun “inform.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov zamanı bildirib.

“11 sentyabrda türkdilli ölkələrin başçılarının - Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü olacaq. Obyektiv səbəblərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitə qatıla bilməyəcək, lakin Türkiyədən yüksək səviyyəli rəsmilər gələcək. Bəzi ölkələr də nümayəndələrini toplantıya göndərəcəklər. Bu, gündəlikdə olan məsələləri müzakirə etdiyimiz görüş olacaq”, - deyə nazir qeyd edib.

Xəbərin vaxtı: 08-09-2015
Oxunma sayı: 359

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...