Akif Çovdarov və daha üç nəfərin məhkəməsi təxirə salındı

Картинки по запросу akif çovdarov
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb.
Millətinsəsi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vəkil Cavid Rzazadə bildirib. 
Onun sözlərinə görə, prosesin təxirə salınmasına A.Çovdarovun vəkillərinin məhkəməyə gəlməmələri səbəb olub. Hakim A.Çovdarova dövlət hesanına vəkil təyin olunmasını təklif edib. Amma təqsirləndirilən şəxs bununla razılaşmayıb və öz vəkilərinin gəlməsini istəyib. 
Proses oktyabrın 4-də davam etdiriləcək.

Xəbərin vaxtı: 20-09-2016
Oxunma sayı: 200

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...