Lerik rəhbərliyindən şəhidə laqeydlik - FOTO

Lerik rəhbərliyindən şəhidə laqeydlik
Lerikdə Qarabağ şəhidinin məzarına qarşı laqeydlik nümayiş etdirilir. Rayon rəhbərliyi və icra başçısı Rövşən Ağayev vətən uğrunda döyüşlərdə canından keçmiş Lətif Ağayevin məzarının düzəldilməsi üçün edilən müraciətlərə cavab vermir. 

Millətinsəsi.info xəbər verir ki, bu barədə Politika.Az-a Bilal Ağayev yazıb. Onun sözlərinə görə, şəhid Lətifin məzarı Lerikin Zuvuç kəndində yerləşir: 

"O, 1993-cü ildə Qarabağda şəhid olub. Ailəsi çox kasıbdır. Gücü şəkildə gördüyünüz məzar daşını düzəltməyə çatıb. 23 ildir ki müraciət etmədiyim yer qalmayıb. 

Təəssüf ki, vətən üçün qanından, canından keçmiş oğula təzə məzar daşı düzəldilməsi üçün heç bir dəstək olmayıb. Lətifə qarşı bu laqeydlikdən ailəsi çox narazıdır. Onun məzarının itməməsi, daha adına layiq qəbir daşı qoyulması lazımdır. 

Gələcək nəsillər də bilməlidir ki Lerikdə Lətif kimi oğul olub, vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə qalxıb. Amma heç bir reaksiya yoxdur. Cənab prezidentdən xahiş edirəm ki, bu məsələ 
Lerik rəhbərliyindən şəhidə laqeydlik

Xəbərin vaxtı: 19-09-2016
Oxunma sayı: 259

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...