Gül kələmindən kotlet - HAZIRLANMA QAYDASI

 
Millətinsəsi.info Aile.lent.az-a istinadən gül kələmi kotletinin hazırlanma qaydasını təqdim edir.
 
Ərzaqlar:
1 ədəd ortaboy gül kələmi
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot
Qızartmaq üçün yağ
 
Hazırlanması:
 
Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın.
Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti  süfrəyə verin. Nuş olsun!

Xəbərin vaxtı: 17-09-2016
Oxunma sayı: 320


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: