Zakir Nuriyev: "Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur"

Картинки по запросу zakir nuriyev
Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur.
Millətinsəsi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bu marja həm bazar iştirakçılarının möhtəkirlik məqsədi ilə valyuta alıb saxlamasının qarşısını alır: "Bankları isə əllərindəki valyutanı 4%-lik marjanı nəzərə alaraq satışa çıxarmağa stimullaşdırır".
Xatırladaq ki, bu ilin yanvarın 13-də valyuta mübadiləsi zamanı kommersiya banklarının tətbiq etdiyi marja 2%-dən 4%-dək artırılıb.

Xəbərin vaxtı: 16-09-2016
Oxunma sayı: 131

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: