“WhatsApp” mesajları ilə - Xarakterinizi müəyyənləşdirin


Uşaq ruhlusunuz, tənbəlsiniz, yoxsa adamı əsəb edən xarakteriniz var?

Artıq "WhatsApp” mesajları ilə  xarakterinizi öyrənə biləcəksiniz.

1. Hər sözdən sonra "göndər" düyməsini basan, hətta vergül və nöqtəni belə ayrı göndərən insanlar səbrsiz olur. 

2. Yazıda bütün qrammatik qaydalara əməl edən insanlar dəqiq olur.

3. Yazılan mesaja smayliklə cavab verən şəxslər uşaq ruhlu, əyləncəli insanlar olur.

4. Gələcəkdə lazım olar deyə, hər mesajın ekran rəsmini çəkib qalereyada saxlayan şəxslər arxivçi olur.

5. Gələn bütün mesajlara səs qeydi ilə cavab göndərənlər tənbəl olur.

6. Mütəmadi olaraq profil şəklini dəyişən insanlar daim diqqət mərkəzində olmaq istəyir.

7. "Son görülmə vaxtı"nı və "oxundu" işarəsini ləğv edən şəxslər isə kiməsə hesab verməyə nifrət edən, gizli qalmağı sevən tiplər olur.

Psixoloqlar göndərilən mesajların insan xarakterini öyrənmək baxımından olduqca informasiya yükünə malik olduqlarını deyirlər.

Psixoloq Murad İsayev bildirir ki, bir saat müddətində yazışmaq qarşıdakı şəxsin intellektual səviyyəsindən tutmuş xarakterinə kimi insana məlumat verir:

"Virtual aləm insanların bir-birinə məlumat ötürməsi üçün olduqca geniş imkanlar yaradır. Və imkanlar çərçivəsində bu gün kimin hansı əhval-ruhiyyədə olduğunu sosial şəbəkələrlə müəyyənləşdirmək mümkündür.

Ümumiyyətlə, yazışmalar insan xarakterini ifadə edən əsas vasitələrdən biri sayılır. Xarakterin dəqiq, punktual, konkret olduğunu bilmək üçün cümlə ardıcıllığından bunu bilmək çox asan olur. Hətta bir insanın yazı şəklindən onun intellektual səviyyəsini öyrənmək mümkündür. Misal üçün, hansı sözü hansı cümlədən sonra yazır, yaxud cümlə qurma tərzi hansı formadadır. Bütün bunlar həmin insanın intellektual səviyyəsi haqqında şəxsə informasiya verir. Təbii ki, burada qrammatik səhvlərdən tutmuş, müxtəlif vergül, nida  və nöqtəyə kimi kiçik nüanslar belə məlumat verir”.

ATV.az

Xəbərin vaxtı: 14-09-2016
Oxunma sayı: 426


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: