İcra başçılarına investor sınağı “əcəl zəngi” ola bilər

Image result for Prezident administrasiyası
Azərbaycanda icra hakimiyyəti strukturlarının səmərəsiz fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də bəyan olundu 

Bu illər ərzində rayon icra hakimiyyətləri mərkəzi hakimiyyətin verdiyi dəstəyin qarşılığında etimadı doğrultmadığı sübuta yetirildi.

Millətinsəsi.info Politika.Az-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin icra hakimlərindən yeni tələbi də məhz səmərəsiz fəaliyyətlərini düzgün istiqamətə yönləndirməyə hesablanıb. 

İcra başçıları xarici investorları ölkəyə cəlb etmək üçün səfərbər olunacaq. Doğrudur, bir çox icra hakimiyyəti rəhbərlərinin potensialı və qabiliyyəti bu işi reallaşdırmağa yetərli deyil. 

Amma ölkə başçısının tələbi həm də onları sınaqdan keçirmək üçün yaxşı strategiyadır. Çünki büdcə talanı və sahibkarların incidilməsindən savayı işi olmayan bəzi icra hakimlərinin əl-qolunu çırmalayıb investor axtarışına çıxması özünü təsdiqləmə mexanizmidir. 

Bu prosesdə yararlı olmayan bacarıqsız və səriştəsiz icra hakimlərinin sistemdən kənarlaşdırılması gözləniləndir. Hər halda RİH-ləri kifayət qədər etibarsız qurumlara çevrilib. 

Prezidentin uğurlu taktik gedişi də məhz icra strukturlarında iş əmsalını artırmağa və təkmilləşməyə yönəlikdir. Dövlət başçısının tapşırığını yerinə yetirə bilməyən RİH başçıları mərhələli şəkildə səlahiyyətlərini itirə bilər. 

ASAN xidmətin yaradılması, prezident səlahiyyətlərinin artırılması rüşvət və korrupsiyanın kökünü kəsməyə doğru addımlardır. RİH-lərinə verilən səlahiyyətlər də azaldıla bilər. 

Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev rayon rəhbərliklərinə rayonlarında işlərin daha sürətlə getməsinə görə qiymət veriləcəyini bildirib. 

"Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir", cənab Əliyev yerli icra orqanlarına xitabən qeyd edib.

Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib.

Vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər.

Vəzifədə olan başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirirlər, nəticədə rayonun problemlərindən uzaq düşür, sakinlərin haqlı tələblərinə məhəl qoymayır, əhali arasında nüfuzdan düşürlər.


Xəbərin vaxtı: 08-09-2016
Oxunma sayı: 167

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...