Lobya konservi belə hazırlanır - RESEPT


Təzə lobya sevənlər onu konservləşdirərək qışa saxlayırlar. Bəs lobyanı evdə necə konservləşdirmək olar? Millətinsəsi.info lent.az-a istinadən evdar xanımlara lobya konservasının asan hazırlanma qaydasını təqdim edir.
 
Lazım olan ərzaqlar:
4 kiloqram təzə lobya 
3 kiloqram pomidor 
4 ədəd qırmızı bibər 
1 kilo yaşıl bibər 
2 su stəkanı dur yağ 
Duz 
 
Konservanın hazırlanma qaydası:
Lobyaları yuduqdan sonra doğrayın. Qırmızı və yaşıl bibərləri isə yeməklik doğrayın. Duru yağı bir az qızdırıb bibərləri və lobyanı qovurun. 
Pomidorların qabıqlarını soyub rəndələyin və qarışıma əlavə edin. 
Bişərkən axıra yaxın 2 yemək qaşığı qədər duz tökün. 
Ocağın altını söndürdükdən sonra bankaları qarışımla doldurun. Ağzını möhkəm bağlayın. Tərs çevirib bir parçanın üzərinə qoyun. Soyuyandan sonra qaranlıq, gün işığı düşməyən yerdə saxlayın. 

Xəbərin vaxtı: 07-09-2016
Oxunma sayı: 280

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...