Evdə mini smitin HAZIRLANMA QAYDASI

 
Yəqin ki, çoxunuz smit sevirsiniz. Xüsusən də səhər süfrələrinin vazkeçilməz qidalarından biridir. Bəs smit evdə necə bişirilir? Millətinsəi.info Aile.lent.az-a istinadən mini smitin evdə hazırlanma qaydasını təqdim edir.
 
Lazım olan ərzaqlar:
 
1 su stəkanı ilıq süd
 
1 su stəkanı duru yağ
 
1 su stəkanı ilıq su
 
1 yumurtanın sarısı
 
1 paket quru maya
 
4 desert qaşığı toz şəkər
 
1 desert qaşığı duz
 
1 kasa bəhməzli su qarışımı
 
Un
 
Küncüt
 
Hazırlanma qaydası:
 
Bir qabın içinə bir az un tökün və digər quru ərzaqları qatıb qarışdırın. Su, süd, duru yağ və yumurta əlavə edib yoğurmağa başlayın. Yumşaq xəmir əldə edəcəksiniz.
 
Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb yumrulayın. İki kündəni uzadaraq bir-birinin üzərinə dolayıb smit fırmasına salın. Bu xəmiri əvvəl bəhməzli suya, sonra küncütə batıraraq siniyə düzün. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada üstü yaxşı qızarana qədər bişirin.
 
Nuş olsun!

Xəbərin vaxtı: 07-09-2016
Oxunma sayı: 336

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...