Türkiyə Suriyada ikinci cəbhə açdı


Türkiyə Suriyada Fərat Qalxanı əməliyyatının ikinci mərhələsinə başlayıb.
 
Millətinsəsi.info-nun xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, türk tankları Azad Suriya ordusunun terror təşkilatı İŞİD-lə mübarizəsinə dəstək vermək məqsədilə Kilis Elbeyli Rayonundan Suriyanın Çobanbey rayonuna girib.
 
Türk silahlı qüvvələrinin regionu İŞİD-dən təmizləyərək sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə başladığı əməliyyatın hərəkatının birinci günündə tank və zirehli maşınlar  günorta saatlarında Kilis Elbeyli Rayonundan Suriyanın Rai qəsəbəsinə girib.
 
Karkamış sonra Elbeylidə tankların girişi zamanı sərhəddə İŞİD-in nəzarətindəki əraziləriqırıcı təyyarələr mərmiləri intensiv top atəşinə tutub.
 
 Əməliyyatların davam etdiyi Kilis Elbeyli rayonuna yaxın Salahan kəndində sərhəd təhlükəsizliyi üçün  tikilmiş divarların götürülərək qapılar açılıb.Türk silahlı qüvvələri tank və zirehli maşınlar ilə Azad Suriya ordusu nəzarətindəki Rai qəsəbəsinə girib. Bununla da Türkiyə Suriyada 2-ci cəbhəni açmış olub.
 
20 tank, 5 zirehli texnika ilə sərhədin Suriya tərəfinə keçidi zamanı sərhəd, Rainin daxili hissələri, IŞİD nəzarətindəki ərazilər bombardman edilib.
 
Hazırda sərhədi aşaraq Raiye girən tanklar isə əməliyyatları davam etdirir.

Xəbərin vaxtı: 03-09-2016
Oxunma sayı: 487

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...