Elmar Qasımov Qafqaz Universitetinin taleyindən DANIŞDI


"Qafqaz Universitetində təhsil alan tələbələr başqa universitetlərə köçürülməyəcək və universitet heç bir halda dəyişdirilməyəcək. Sentyabrın 15-də Qafqaz Universiteti öz fəaliyyətini davam etdirəcək, tələbələr oxuduqları ixtisaslarda təhsillərini davam etdirəcəklər”.

Millətinsəsi.info bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.

BANM-ın idarəçiliynə verilmiş Qafqaz Universitetinin tələbələrinin gələcək taleyindən danışan rektor deyib ki, yayılan bəzi məlumatların heç bir halda doğru olmadığını bildirib.

Rektor söyləyib ki, Qafqaz Universitetində təhsil alan tələbələrin başqa universitetlərə köçürülməsi və universitetin tamamən dəyişdirilməsi baş verməyəcək:

"Qafqaz Universitetində təhsil alan tələbələr heç bir universitetlərə göndərilməyəcək. İstər humanitar, iqtisadiyyat və istərsə də texniki ixtisaslarda təhsil alan tələbələr qanunvericiliyə uyğun olaraq öz təhsillərini davam etdirəcəklər.
Tələbələrin başqa universitetlərə köçürülməsi ilə bağlı mediada yayılan məlumatlar tamamilə yalan və əsassızdır”.

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Bundan sonra isə universitetin rektoru Ahmet Saniç və Qafqaz Universietində dərs deyən türk müəllimlər vəzifəsindən azad olunub.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.


Xəbərin vaxtı: 02-09-2016
Oxunma sayı: 233

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: