Azərbaycan şahmatçılarının olimpiadadakı ilk rəqibləri müəyyənləşdi

Image result for Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Millətinsəsi.info-nun məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.
Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi ağ fiqurlarla Zimbabve və Mozambiklə, üçüncüsü isə qara fiqurlarla Papua Yeni Qvineya ilə üz-üzə gələcək. Qara fiqurlarla oynayacaq qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.
Bakı Kristal Zalında keçiriləcək görüşlərə saat 15:00-da start veriləcək. 

Xəbərin vaxtı: 02-09-2016
Oxunma sayı: 69

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...