Makaron salatı – Resept


 
Ləziz makaron salatının hazırlanma qaydasını təqdim edir. 
 
Tərkibi:

1 paket makaron
1 balaca banka konservləşdirilmiş qarğıdalı
1 balaca banka kornişon turşusu
5 ədəd baş soğan
3 diş sarımsaq
Şüyüd
5 yemək qaşığı zeytun yağı
Duz zövqə görə

Bəzək üçün: Nanə, sumax, qırmızı bibər, cəfəri

Hazırlanması:

Makaron 10 dəqiqə qaynadılır. Üzərinə kiçik doğranmış şüyüd, soğan, qarğıdalı, doğranmış kornişon turşusu əlavə edilir. Ayrı qabda zeytun yağı, duz və rəndələnmiş sarımsaq qarışdırılır və makarona əlavə edilir. Qarışdırıldıqdan sonra zövqə görə nanə, sumax, qırmızı bibər və ya cəfəri ilə bəzədilərək, soyuq halda süfrəyə verilir. 

Nuş olsun!
 
(Lent.az)


Xəbərin vaxtı: 01-09-2016
Oxunma sayı: 307

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...