Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçiriləcək


Moskvada sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsləhətləşmələri keçiriləcək.
Millətinsəsi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq.
"Münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək. Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək", - deyə M.Zaxarova bildirib.
XİN sözçüsü vurğulayıb ki, görüşün məqsədi münaqişənin həlli üzrə üç tərəfin səylərinin koordinasiya edilməsidir.

Xəbərin vaxtı: 31-08-2016
Oxunma sayı: 200

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...