Tələbə adı qazananların qeydiyyatı başa çatdı


Ali təhsil müəssisələrinə I mərhələdə qəbul olunan gənclərin universitetlərdə qeydiyyat müddəti başa çatıb.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olunan gənclərin universitetlərdə qeydiyyatı avqustun 26-sı saat 17:00-də başa çatıb.

Bu barədə Millətinsəsi.info-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib. Qeyd edilib ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməliydilər. Həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir.

Bəs qeydiyyatdan keçməyənlər varmı? 

TQDK-dan bildirilib ki, tələbə adını qazanmalarıma baxmayaraq xeyli abituriyent qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməyib. Dövlət Komissyası hazırda həmin şəxslərin sayı ilə bağlı dəqiqləşdirmə aparır. Onların sayının növbəti həftə açıqlanacağı gözlənilir.



Xəbərin vaxtı: 27-08-2016
Oxunma sayı: 164


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: