Azərbaycanda 6 ayda 28 uşaq, 110 qadın intihar edib


2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

Millətinsəsi.info xəbər verir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin I yarım ili üzrə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində isə 72 qadın və 19 uşaq ölüb.

Qeyd olunub ki, 2016-cı ilin 6 ayında qadınlara qarşı törədilmiş cinayətlərin 2563-ü açılıb, 482-i bağlı qalıb.

Xəbərin vaxtı: 26-08-2016
Oxunma sayı: 437

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...