Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb


Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Kroftsu qəbul edib.
YAP-ın mətbuat xidmətindən Millətinsəsi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

Xəbərin vaxtı: 23-08-2016
Oxunma sayı: 88

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...