ATƏT cəbhə xəttində monitorinq keçirəcək


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
 
 Bu barədə Millətinsəsi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.
 

Xəbərin vaxtı: 16-08-2016
Oxunma sayı: 115

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...