Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqust ayının 27-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.
Bu barədə Millətinsəsi.info-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbərin vaxtı: 08-08-2016
Oxunma sayı: 95


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: