“Bakcell”də yeni fırıldaq xidməti

 
"Bakcell” mobil operatorundan şikayətlər səngi mək bilmir. Abunəçilər kütləvi şəkildə narazılıq edirlər

Millətinsəsi.info-nun Politika.Az-a istinadən xəbərinə görə, Nümrəddin Hüseynov adlı abunəçi də fırıldaqçılıqla üzləşib. 

"Mənə sms gəlib ki, siz kinotron.info xidmətini aktişləşdirdiniz. Günlük 0,59 Azn. Xidməti ləğv etmək üçün stop yazın 9576`ya göndərin. Halbuki ümumiyyətlə mən kinotron deyə bir yer tanımıram, qeydiyyatdan da keçməmişəm.

Xidməti ləğv eləməyə girdim, baxdım artıq 0,59 Azn balansımdan çıxıblar. Bu nə biabırçılıqdı axı? Lap deyək ki bu əməliyyatı edən şirkət fırıldaqdı, yalançıdı. Bu Bakcell balans əməliyyatı olanda sms təsdiqləmə eləmir? Girim onda mən də bütün acığım gələn hamının nömrəsini bu tarifə qoşum da. Bu nə təhlükəsizlikdi axı?
Sayta girdim (kinotron.info - komputerlə açılmır) ümumiyyətlə orada qeydiyyatdan keçmək üçün bir yer tapmadım ki, tarifə qoşulmaq olsun”. 

Şikayətçi deyib ki, "Bakcell” müştərilərin balansından oğurluq eləyir: "Çünki bazanı satıblar. Tutaq ki, mən ümumiyyətlə telefonu işlətməyib gedirəm ölkə xaricinə, qayıdanda Jackpot`mu olacaqdı yəni mənim üçün?

Fırıldaq level god olmalarını bir kənara qoyuram, zəng eləmişəm müştəri xidmətlərinə.

15:39-da müştəri xidmətlərindən Nərmin danışan yerdə sözümü kəsib dəstəyi asır. 22:16-da 09940 nömrəsindən Elnarə adındakı xanım zəng eliyib sözünü deyib, cavab gözləməyib dəstəyi asır. Bu nə müştəri xidmətləridi axı? Bütün danışıqların səs qeydi yaxşı ki həmişə yazılır telefonumda. Deyir, bizimlə əlaqəsi yoxdu, gedin şirkətlə danışın. Başa düşmədim mənim balansıma bakcell nəzarət edir, kimsə fırıldaq edib balansımdan istədiyi pulu çıxaracaqsa Bakcell nə iş görür yəni orda?”

Xəbərin vaxtı: 08-08-2016
Oxunma sayı: 104

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: