ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı - Fotolar

ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı
MTRŞ-nın şikayəti əsasında məhkəmənin hökmü ilə bağlanan və lisenziyası əlindən alınan ANS TV-nin tezliyini yeni telekanal yayımlanmağa başlayıb 

Millətinsəsi.info-nun Azxeber.com-a istinadən məlumatına görə, artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində "Günəş TV” yayımlanmağa başlayıb.
Maraqlıdır ki, "Günəş TV” ANS TV-nin tezliyində yayımlanır. Hələ ki, yalnız kinolar yayımlanan TV bu gün "Cəsus uşaqlar-2″ filmini yayımlayıb. Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan "Günəş TV” 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.
Son bir neçə gündür ki, "Günəş TV” ümumrespublika yayımında və ANS TV-nin tezliyində efirə gedir.
ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı
ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı
ANS TV-nin tezliyində uşaq kanalı yayımlanmağa başladı

Xəbərin vaxtı: 05-08-2016
Oxunma sayı: 165

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...