Cəbhə xəttində monitorinq baş tutdu


Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
 
Müdafiə Nazirliyindən Millətinsəsi.info-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
 
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçiriblər.
 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

Xəbərin vaxtı: 03-08-2016
Oxunma sayı: 60

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: