Qənirə Paşayevadan ANS-ə dəstək

Qənirə Paşayevadan ANS-ə dəstək
Millət vəkili Qənirə Paşayeva ANS TV-nin bağlanmasına münasibət bildirib 

Millətinsəsi.info xəbər verir ki, millət vəkili ANS-ə dəstəyini ifadə edib. ANS-in baş verən xoşəgəlməz hadisə ilə bağlı üzr istədiyini xatıradan Qənirə Paşayeva onun yenidən fəaliyyətə başlayacağına ümid etdiyini bildirib: "ANS-in bağlanması media məkanımız üçün itkidir. Çünki ANS Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə təxminən eyni yaşda olan televiziyadır. Xətasız insan və qurum yoxdur. ANS Azərbaycan və Türkiyəki insanlardan baş verən xoşagəlməz hadisə ilə bağlı üzr də istədi. Və bu addım təqdirəlayiq idi. ANS təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etdiyi o ağır müharibə illərində də, dövlətimizlə bağlı bir çox çətin anlarda da xalqımızın, dövlətçiliyin yanında olub və insanlara operativ xəbərlər çatdırıb. Ümid edirik ki müvafiq qurumlar, növbəti instansiya məhkəməsi bunları və ölkə başçımız cənab İlham Əliyevin hər zaman mətbuat və mediaya humanist yanaşmalarını nəzərə alaraq, humanist addım atacaq, ANS TV yenidən fəaliyyətə başlayacaq. Nəticədə də çoxlu sayda insan işsiz, tamaşaçılar isə ANS-siz qalmayacaq”.

Xəbərin vaxtı: 02-08-2016
Oxunma sayı: 239

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...