Yerkökü paşteti

 
Millətinsəsi.info yerkökü paştetinin hazırlanma qaydasını təqdim edir 

Tərkibi (6 pay): 

2 st. quru lobya 
2 yerkökü
1 soğan 
yarım dəstə şüyüd
1 ç.q. duz
1 x.q. şəkər tozu
0,5 st. zeytun yağı

Quru lobyanı axşamdan isladın. Səhəri gün yerkökü ilə birlikdə 15 dəqiqə qaynadın. Çıxan köpüklü suyu süzün. Üzərinə bir barmaq çıxacaq qədər isti su və 4 yerə bölünmüş soğan əlavə edib yenidən qaynadın. Yumşaldıqdan sonra lobya, yerkökü və soğanı blenderdən keçirin. Xırda doğranmış şüyüd, duz, şəkər tozu, zeytun yağı əlavə edib qarışdırın. Dördbucaq bir qaba yığıb üzərini hamarlayın. Soyuducuda 4-5 saat saxlayın. 
Süfrəyə romb kimi doğrayaraq verin. 

Nuş olsun! 



Xəbərin vaxtı: 31-07-2016
Oxunma sayı: 239

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...