TQDK sədri Goranboyda vətəndaşları qəbul edəcək

TQDK sədri Goranboyda vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 18-də Goranboyda vətəndaşları qəbul edəcək.

TQDK-dan "Milletinsesi.org"a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş, Bərdə rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etməlidirlər.

Bundan əlavə, Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon Təhsil Şöbələrində 9-17 sentyabr tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq.

Xəbərin vaxtı: 08-09-2015
Oxunma sayı: 569

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...