Heydər Əsədov Lerikdə vətəndaşları qəbul edəcək


Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 21-də Lerik rayonunda Lerik, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Astara rayonlarının sakinlərini qəbul edəcək. 
Nazirlikdən Millətinsəsi.info-ya daxil olan xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) və Nazirliyin Lerik Rayon İdarəsinə (050-677-51-25) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Xəbərin vaxtı: 15-07-2016
Oxunma sayı: 76


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: