Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb

 

Azərbaycanda son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 132 min 607 uşaq doğulub.

 

Bu barədə Milletinsesi.info saytına Dövlət Statistika Komitəsindən məlumat verilib. 


Qeyd edilib ki, son beş ildə ən yüksək göstərici 2011-ci ildə olub və ondan sonrakı dövrlərdə rəqəmlərdə azalma müşahidə edilir.


2011-ci ildə 30983 uşaq, 2012-ci ildə 27031 uşaq, 2013-cü ildə 25069 uşaq, 2014-cü ildə 25486 uşaq, 2015-ci ildə 24038 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gəlib.



Xəbərin vaxtı: 08-07-2016
Oxunma sayı: 152

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...