Yuxu problemi olanlara təbii dərman

 

Son illər aparılan müşahidələrə görə, qadın və kişilərdə orta yuxu norması 7-8 saatdan 6-7 saata düşüb. Böyük bir fərq kimi görünməsə də, orqanizmin sağlamlığı baxımından ciddi göstəricidir.

Bədən gündəlik rejimlə ayaqlaşmaq üçün çox çalışır. Bunları yeni bir gündə edə bilməsi üçün də dincəlməsi, yaxşılaşıb enerji yığması mütləqdir. Bəzi insanlar gecə rahat yatmamağın nəticəsi kimi ertəsi gün azca yorğunluq olduğunu düşünür və "bir fincan qəhvənin düzəldə bilməyəcəyi şey deyil", - deyirlər. Qəhvə yardımçı olur, amma kafein deposu müvəqqəti çarədir.
 
Yuxu problemi və sağlamlıq
 
Yuxu problemi ciddi sağlamlıq problemlərinin əsasını təşkil edir, fərqli xəstəliklərə səbəb olur. Araşdırmalara görə, yuxu müddəti qısa olan insanların (6 saatdan az yatan insanların) ürək xəstəlikləri riski daha yüksək olur.
 
İnsanlar, iş, stress, gündəlik hadisələr, ailə problemləri kimi amillər, texnologiyadan çox istifadə yuxumuza təsir edir. Yuxu problemini aradan qaldırmaq üçün apteklərdə fərqli vəsaitlər satılsa da, əksəriyyəti kimyəvi tərkibli olduğundan istifadəsi bəzi insanlarda asılılıq yarada bilər.

Millətinsəsi.info lent.az-a istinadən yuxu probleminin təbii çarəsini təqdim edir.

Duz və balı qarışdıraraq bədəninizin rahatlamasına, günün yorğunluğunu atmağa, bədənin ertəsi gün üçün hazırlanmasına yardım edə bilərsiniz.
 
5 çay qaşığı təmiz bal
 
1 çay qaşığı çəhrayı Himalay duzu
 
Bunları qarışdırıb şüşə qaba yığın. Hər gecə yatmazdan əvvəl dilinizin altına bu qarışımdan bir az qoyun, öz-özünə əriyib getsin.
 
Himalay duzu bədəninizin gündəlik yorğunluğunu atmasına kömək edən 80-dən çox mineral və element tərkiblidir. Balda isə hüceyrələrimizin enerji ehtiyacını qarşılayan qlükoza var. Bal-duz qarışımı seratonini artırır, stresslə təbii şəkildə baş etmənizə yardımçı olur.



Xəbərin vaxtı: 07-07-2016
Oxunma sayı: 137

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...