“ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq

 
"ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Millətinsəsi.info-ya verilən məlumata görə, 6 - 7 iyul Ramazan bayramı ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Vətəndaşlar 8 iyul tarixindən etibarən "ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki,"ASAN xidmət"mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir. 

Xəbərin vaxtı: 05-07-2016
Oxunma sayı: 187

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...