Deputat Eldar Quliyev Şəmkirdə bir obyekti iki nəfərə necə satıb?

 

Onun bu əməli (maxinasiyası) iki ailəni üz-üzə qoyub


Millətinsəsi.info saytının redaksiyasına Şəmkir rayonundan ilginc bir məlumat aldıq. Məlumatı redaksiyaya göndərən Şəmkir rayon sakini İbrahimov Nazim Fərman oğlu "Azərittifaq"ın sədri, millət vəkili Eldar Quliyevi onu aldatmaqda ittiham edir.

Şikayətçi bildirir ki, o, 1994-cü ildən, 2004-cü ilin sonuna kimi, yəni bu idarənin ləqvinə-alqı-satqısına qədər Şəmkir "Aqrokoop"da direktor müavini vəzifəsində işləyib.

Şikayətçi deyir:

"-İdarə bağlandıqdan sonra, "Azərittifaq"ın idarə heyətinin sədri Eldar Quliyevin razılığı ilə 04 mart 2004-cü il tarixdə Şəmkir "Aqrokoop" mənə satılıb. Bundan sonra "Azərittifaq"ın idarə heyəti həmin ərazinin və bütün anbarların mənə satılması barədə rəsmi razılıq məktubunu da mənə göndərib. Lakin bir müddət keçəndən sonra mənə məlum oldu ki, həmin obyket başqa bir şəxsə də satılıb.

Bununla bağlı Eldar Quliyevin qəbulunda oldum və ondan məsələyə aydınlıq gətirməyi xahiş etdim. Eldar Quliyev dedi ki, narahat olma, səhv olub. Sən Şəmkir rayon sakini Məmmədov Vaqif İsrafil oğlunun 13 min 800 ABŞ dollarını qaytar, obyekt sənindir. Mən də qaytardım.

Üstündən 10 il keçəndən sonra məlum oldu ki, E.Quliyev obyekti bütünlüklə Vaqif Məmmədova satıb və o da, obyekti öz adına özəlləşdirib. İndi də mən qalmışam məhkəmə qapılarında. Adının bu qalmaqalda hallanmasını istəməyən Vaqif Məmmədov, obyekti bütünlüklə öz oğluna satdığı baradə alqı-satqı sənəlləri hazırlayıb. Pul gücünə bütün məhkəmələri razı salan V.Məmmədovu həm də məhkəmələr müdafiə edir.

Sözün qısası, özünü millət vəkili və toxunulmaz şəxs sayan Eldar Quliyev tamahkarlığı üzündən Şəmkirdə iki ailəni üz-üzə qoyub. Sizdən bu məsələnin ictimailəşdirilməsini xahiş edirəm. Bəlkə bundan sonra Eldar Quliyev öz əməlindən peşiman ola və məni incitməkdən əl çəkə.”

P.S. Bir mətbu orqanı olaraq bu yazılanlara şərh vermək fikrimiz yoxdur və qarşı tərəfin də hüquqlarını tanıyaraq mövqelərini dərc etməyə hazırırq. Redaksiya yazılanlara aydınlıq gətirmək üçün, bölgə müxbiri Bəhlul Orucoğluna məsələnin araşdırılması üçün tapşırıq verib. Daha ətraflı gələn saylarımızda.

İnformasiya şöbəsi



Xəbərin vaxtı: 04-07-2016
Oxunma sayı: 234

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...