Ramil Usubov yeni rəis təyin etdi

 
Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.

Millətinsəsi.info APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov bölmənin rəisi təyin olunub.

 Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan  bölməyə rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 

Xəbərin vaxtı: 04-07-2016
Oxunma sayı: 104

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...