Bu il Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə və müayinə olunan uşaqların sayı açıqlandı

İnstitutun Konsultativ poliklinika şöbəsində 10 530 uşaq müayinədən keçirilib 
Bu ilin birinci yarısında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müxtəlif dərəcəli sağlıq problemləri olan 4 500 uşaq gətirilib.
Bu barədə Millətinsəsi.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Nazirlikdən bildirilib ki, eyni zamanda, bu ilin birinci yarısında institutun Konsultativ poliklinika şöbəsində 10 530 uşaq müayinədən keçirilib. 
Qeyd edək ki, ötən il K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müxtəlif problemləri olan 9 099 uşaq gətirilib. İnstitutun Konsultativ poliklinika şöbəsində isə 21 761 uşaq müayinədən keçirilib. 

Xəbərin vaxtı: 28-06-2016
Oxunma sayı: 47


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: