Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir

 
Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir 
26 İyun –Silahlı Qüvvələr günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilmib.
Hospital rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamil Seyidəliyev tədbir iştirakçılarını salamlayaraq, əsgərləri Bayram münasibəti ilə təbrik edib.
Millətinsəsi.info xəbər verir ki, sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov əsgərlərə və şəxsi heyətə RİH Başçısının təbrikini çatdırmış və bildirib ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olduqlarını və 26 İyun –Silahlı Qüvvələr günü münasibətilə konsert proqramı təşkil edildiyini vurğulayıb.
Bildirib ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut edib. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Tədbirdə incəsənət nümayəndələrinin çıxışları əsgərlərdə xoş təəssürat yaradıb.
Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir
Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir
Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir
Nəsimi rayonunda 26 İyun- Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər davam edir

Xəbərin vaxtı: 25-06-2016
Oxunma sayı: 69

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...