İlham Əliyev Əlövsət Baxşıyevə "Şöhrət" ordeni verdi

 
Prezident İlham Əliyev Əlövsət Baxşıyevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Millətinsəsi.info xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ildən indiyədək Naxçıvan Muxtar Respublikasının baş naziridir.
İyunun 22-də onun 60 yaşı tamam olub.


Xəbərin vaxtı: 23-06-2016
Oxunma sayı: 52

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: