Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq

Ünvansız qatar əsərində hadisələr Dağlıq Qarabağ münaqişəsi konteksində cərəyan edir və münaqişəyə yeni yanaşma ortaya qoyur 
Yazıçı-dramaturq Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq.
Millətinsəsi.info-nun xəbərinə görə, Ə.Əmirli "Report"a açıqlamasında deyib ki, yeni əsərini Dağlıq Qarabağ münaqişəsinə həsr edib 
Onun sözlərinə görə, "Ünvansız qatar" əsərində hadisələr Dağlıq Qarabağ münaqişəsi konteksində cərəyan edir və münaqişəyə yeni və fərqli yanaşma ortaya qoyur: "Bir müddətdir bu əsərin səhnəyə qoyulması üzərində düşünürük. Məsələni Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və rejissor Bəhram Osmanovla müzakirə etmişik. 2017-ci ilin yanvarında əsər səhnəyə qoyulacaq".
Ə.Əmirli deyib ki, yeni tamaşaya rejissor Bəhram Osmanov quruluş verəcək.

Xəbərin vaxtı: 14-06-2016
Oxunma sayı: 194

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...