ADP sentyabrda qurultay keçirəcək

Sərdar Cəlaloğlu:  
Azərbaycan Demokrat Partiyasının (ADP) qurultayı bu ilin sentyabr ayında keçiriləcək.
Milletinsesi.info xəbər verir ki, bu barədə "Report"a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.
ADP sədri deyib ki, Ramazan ayı bitəndən sonra qurultaya hazırlıq işlərinə start veriləcək: "Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılacaq, bundan sonra da qurultayın vaxtı müəyyən olunacaq".
S.Cəlaloğlu yenidən ADP sədrliyinə namizədliyini irəli sürəcəyini qeyd edib: "İstərdim ki, partiya sədrliyinə iddiaçıların sayı çox olsun. Mən o adamlardan deyiləm ki, formal demokratiya naminə hər hansı addım atım. Azərbaycanda bir çox siyasi liderlər formal demokratiyanın tələblərinə uyğun olaraq, iki dəfədən artıq partiya sədri seçilməkdən imtina ediblər. Beləcə, ölkənin aparıcı partiyaları dağıldı, məhv oldu. Buraya Azərbaycan Milli İstiqlal Partiyasını, Azərbaycan Liberal Partiyasını və Müsavat Partiyasını aid etmək olar. Etibar Məmmədovun, Lalə Şövkətin, İsa Qəmbərin partiya sədrliyindən getmələri təşkilata zərbə vurdu. Bu cür təcrübə olduğu halda formal demokratiya oyununu oynayıb ADP-nin dağılmasına razı ola bilmərəm. Təbii ki, partiya sədrinin kim olmasını qurultay qərar verəcək".

Xəbərin vaxtı: 10-06-2016
Oxunma sayı: 45

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...