Ermənistandan Azərbaycana qaytarılan qadın ruhi xəstəxanaya təhvil verildi

Dövlət Komissiyası məlumat yayıb 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana keçən Azərbaycan vətəndaşının geri qaytarılması ilə bağlı məlumat yayıb.
Milletinsesi.info-nun xəbərinə görə, məlumatda bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı bu gün azad edilib: "Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib”.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Xəbərin vaxtı: 10-06-2016
Oxunma sayı: 169

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: