Heydər Əsədovla icra başçıları arasında qarşıdurma

h_esedov 
Heydər Əsədov kənd təsərrüfatı idarələrinə öz adamlarını təyin etdirə bilmir

Milletinsesi.info azadliq.info-ya istinadən bildirir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədovla icra başçıları arasında ziddiyyətlər baş qaldırıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, ziddiyyətlərin səbəbi rayon və şəhərlərdə yeni yaradılan kənd təsərrüfatı idarələrinin rəhbərliyinə təyinatlarla bağlıdır.

Bildirilir ki, icra başçıları kifayət qədər gəlirli yer olan bu idarələri nəzarətlərində saxlamaq istəyirlər. Bunun üçün də rəhbərliyə öz kadrlarının təyin olunmasına çalışırlar. Heydər Əsədov isə təbii olaraq buna qarşı çıxır. Beləliklə, də adıçəkilən qurumlara təyinat uğrunda nazirlə icra başçıları arasında mübarizə gedir. Heydər Əsədov nazir olsa da, icra başçıları ayrı-ayrı oliqarxlara bağlıdır. Heç şübhəsiz həmin oliqarxlar bu mübarizədə icra başçılarına dəstək verirlər. Ona görə də Heydər Əsədovun işi çətindir.

Xəbərin vaxtı: 07-06-2016
Oxunma sayı: 94

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: