Türkiyə Almaniyadakı səfirini geri çağırdı

Səfir Hüseyn Avni Qarslıoğlu Ankaraya qayıdır 
Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına etiraz olaraq Türkiyə bu ölkədəki səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırıb.
Milletinsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.
Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup - kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də "Yaşıllar" Partiyası təqdim edib.
Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması əks olunub.

Xəbərin vaxtı: 02-06-2016
Oxunma sayı: 45


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: