Kərəm Həsənovun başı dərddə - yoxlamalar başladı

Kərəm Həsənovun başı dərddə 
Dövlət əmlakının özəlləşdirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən alınması Kərəm Həsənovu ciddi narahat etməyə başlayıb
Milletinsesi.info bizimxeber.az-a istinadən xəbər verir ki, yaxın vaxtlarda Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyesteri Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətləri Komitədən alınacaq.
Bununla da, Kərəm Həsənov nəqliyyat naziri Ziya Məmmədov kimi səlahiyyətsiz məmur elan olunacaq. Məlumatda deyilir ki, hazırda yuxarıda adıçəkilən qurumların faəliyyəti qismən dayandırılıb, yoxlama işləri aparılır.
Daşınmaz Əmlakın Kadatrı vəÜnvan Reyesteri Xidməti və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin rəhbərlərinədiqqətli olmaları tapşırılıb.
Mənbə bildirir ki, son günlər K.Həsənov olduqca narahat görünür. Ciddi problemlərin olduğunu yaxın ətrafından gizlətməyən Komitəsədri postunu qorumaq üçün cəhdlər edir.

Xəbərin vaxtı: 02-06-2016
Oxunma sayı: 79

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...