Elmar Məmmədyarov Brüsselə səfər edib

 
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.info-ya verilən məlumata görə, E.Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində E.Məmmədyarovun Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

Xəbərin vaxtı: 30-05-2016
Oxunma sayı: 104

Loading...

Bu bölməyə aid digər xəbərlər:

   

loading...