Gənc Tamaşaçılar Teatrında "Qohumlar" adlı tamaşa hazırlanıb

Tamaşanın premyerası iyunun 11-də olacaq 
Gənc Tamaşaçılar Teatrında iyunun 11-də "Qohumlar" tamaşasının premyerası olacaq.
Milletinsesi.info xəbər verir ki, səhnə əsərini kalmık dramaturqu Baatr Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli yazıb. 
Məlumata görə, iki ölkə teatr rəhbərləri arasında imzalanan qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən, hazırlanan tamaşanın quruluşçu rejissoru Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyevdir.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Günay Qasımovadır.
Tamaşada xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Günel Məmmədova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Nuranə Hüseynova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Asya Atakişiyeva, Gülbəniz Mustafayeva, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəməd çıxış edəcəklər.
Xatırladaq ki, bu tamaşa Boris Manciyevin Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi ikinci əsərdir. Bundan əvvəl o, görkəmli Azərbaycan dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş verib. 


Xəbərin vaxtı: 26-05-2016
Oxunma sayı: 109

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...