Əvvəlki illərin məzunlarından 10 mindən çox abituriyent 0-199 bal nəticəsi göstərib

 
Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %) toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Milletinsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10 214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.
Qeyd edək ki, mayın 22-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələrinə əsasən, sənəd verən 12 800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11 856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Xatırladaq ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak edən, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.

Xəbərin vaxtı: 26-05-2016
Oxunma sayı: 112

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: