Oqtay Şirəliyevin səhiyyə bazarı

Oqtay Şirəliyevin səhiyyə bazarı 
Səhiyyə naziri adi işçini də özü götürməyə çalışır, xəstəxanalarda isə durum vahiməli şəkil almaqdadır 

Azərbaycanın səhiyyə sisteminin nə vəziyyətdə olduğunu deməyə gərək yoxdur. Milletinsesi.info Politika.Az-a istinadən xəbər verir ki, Bakı da daxil olmaqla, əyalətlərdə xəstəxanalarda göstərilən xidmətin bərbad olması, rəsmi sənədlərdə pulsuz olan xidmətlərin hamısı pulludur. Vətəndaşların narazılığı isə ən pik həddədir. 

Səhiyyə Nazirliyi isə üzdə bir söz deməklə bərabər, arxada bildiyi kimi hərəkət etməklə əslində, cəmiyyətdə özünə qarşı etiraz formalaşdırır. Oqtay Şirəliyevin fəaliyyətinin qeyri-qənaətbəxş olmasını elə hakimiyyət dairələri də yaxşı bilirlər. Onun işinin öhdəsindən gələ bilmədiyi, səhiyyə sisteminə nəzarəti əldən verməsi, nazirlik daxilində ciddi problemlər yaratdığı artıq hər kəsə bəlli məsələdir. Lakin bütün bunlara baxmayaraq, yuxarı dairələr onun daha bir müddət vəzifə başında olmasını istəyirlər. Amma bunun hansı məqsədlə edildiyi məlum deyil. 

Qeyd edək ki, Oqtay Şirəliyev də bir zamanlar MTN-in hədəfində olub. Onu təsir dairəsinə salmış Eldar Mahmudov qısa müddətdə səhiyyə sektoruna xeyli sayda öz adamını yerləşdirməyə nail olub. Belə ki, Pərvanə Mahmudova Mahmudovun əmisi qızı olmaqla bəradər, həm də Səhiyyə Nazirliyinin ən çox pul gətirən sahəsinə rəhbərlik edib. Onun İnnovasiyalar Şöbəsinin müdiri olması o demək idi ki, Azərbaycana daxil olan dərman pereparatlarından tutmuş, apteklərə lisenziya verilməsinə qədər hər şeyi nəzarətində saxlayıb. 

Eldar Mahmudovun bir neçə qohumu isə Səhiyyə Nazirliyinin aparatında çalışıb və onlara kimsə güldən ağır söz deyə bilməyib. Bəzi iddialara görə, Oqtay Şirəliyev keçmiş nazirdən o qədər qorxurmuş ki, onun telefonundan zəng gəldiyində ayağa durub danışırmış. Bu qorxunun hansı səbəbdən yarandığı bəlli deyil. Belə güman olunur ki, Mahmudov Oqtay Şirəliyevin qarşısına onunla bağlı çox ciddi kopmromatlar qoyubmuş. Və ya əlində hansısa videogörüntülər varmış. Belə olan təqdirdə, səhiyyə nazirinin də qorxusu əbəs olmayıb. 

Səhiyyə Nazirliyi daha bir «yenilik» edib. Oqtay Şirəliyev əvvəllər tibb işçilərinin işə götürülməsi prosedurunu yerli xəstəxanaların ixtiyarına vermişdi. Baş həkimlər kimi işə götürəcəyini dəqiqləşdirir, onların sənədlərini nazirliyə göndərir və cavab aldıqdan sonra əmrini verirdilər. İndi isə durum tamam başqadır. İndi hansısa rayonda işə düzəlmək üçün müraciət edən şəxs ilk olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxlamalıdır. Bundan sonra onun əmrinin verilib, verilməyəcəyi müəyyənləşir. Bəzi yanaşmalara görə, bu Səhiyyə Nazirliyinin pulları öz əlində cəmləşdirmə marağından irəli gələn addımdır. 

Nazirliyin digər sahələr üzrə də böyük gəlirlər əldə etdiyinə dair məlumatlar var. Həmin məlumatlarda vurğulanır ki, hazırda Oqtay Şirəliyevin rəhbəri olduğu qurumda ən kiçik işlərdən tutmuş, ən böyüyünə qədər hamısından pul qazanılır. Bu barədə maraqlı araşdırmamız olacaq və yaxın günlərdə oxuculara təqdim edəcəyik. 

Xəbərin vaxtı: 19-05-2016
Oxunma sayı: 47


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: