SOCAR bu il büdcəyə 403 mln. manat vergi ödəyib

PSA layihələrinin iştirakçısı olan şirkətlər isə 115 mln. manat ödəyib 
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə vergi şəklində 403 mln. manat ödəyib.
Milletinsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyev hasilatın pay bölgüsü sazişi (PSA) üzrə fəaliyyət göstərən şirkətlərin ödədiyi vergilərin məbləğini də açıqlayıb: "Hasilatın pay bölgüsü üzrə fəaliyyət göstərən şirkətlər ümumilikdə büdcəyə 115 mln. manat ödəyib".

Xəbərin vaxtı: 18-05-2016
Oxunma sayı: 496

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...