DİN vətəndaşın Polis Bölməsində ölümü ilə bağlı rəsmi məlumat yaydı

 
Daxili İşlər Nazirliyi vətəndaşın Polis Bölməsində ölümünə dair rəsmi məlumat yayıb. 

Milletinsesi.info nazirliyə istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. 

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb. 

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbərin vaxtı: 13-05-2016
Oxunma sayı: 40


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: