Fuad Muradov : "Sahibkarların yoxlanılması iş yerlərinin bağlanmasına gətirib çıxarır"

Foto: Deputat: Sahibkarların yoxlanılması iş yerlərinin bağlanmasına gətirib çıxarır / Biznes və iqtisadiyyat xəbərləri

Sahibkarlığın inkişafına qarşı süni maneələrin yaradılmasını aradan qaldırmaq üçün daha geniş addımların atılması gözlənilir.

Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının korrupsiya və rüşvətxorluqla bağlı çıxışına münasibət bildirərkən deyib.

Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirləri təqdirəlayiq hesab edən F.Muradov qeyd edib ki, sahibkarların tez-tez yoxlanılması bir çox məsələlərə mənfi təsirini göstərir: "Bəzi yoxlama qurumlarının orta və kiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına təsirsiz ötüşmür. Bu cür yoxlamalar iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu gün ən vacib məsələlərdən biri kiçik və orta sahibkarlığa dəstəkdir. Ona görə də Prezident İlham Əliyev iclasda bu istiqamətdə çox ciddi tapşırıqlar verdi və inanıram ki, müvafiq sturkturlar bundan çox ciddi nəticə çıxaracaqlar”.

Prezident İlham Əliyevin bütün çıxışlarında daima xalqı narahat edən məsələlərə xüsusi diqqət ayırdığını vurğulayan millət vəkili qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da cəmiyyətə mənfi təsir edən hadisələrdən danışdı, korrupsiya və rüşvətxorluğa qarşı tövsiyyələrini verdi: "Prezidentin təşəbbüsü ilə fəaliyyətə başlamış "ASAN Xidmət”in rüşvətxorluğa qarşı mübarizədə xüsusi yeri və çəkisi var. İnsanlara gündəlik həyatlarında lazım olan - normativ aktları özündə əks etdirən sənədlərin verilməsi sadə şəkildə həyata keçirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı əsas metodlardan biri prosesin sadələşdirilməsidir. "ASAN Xidmət” bunun bariz nümunəsidir”.


Xəbərin vaxtı: 19-10-2015
Oxunma sayı: 206

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: