XİN: "Bu rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır"

 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə münasibət bildirib.
Milletinsesi.info-nun xəbərinə görə, XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq: "Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.
Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.

Xəbərin vaxtı: 03-05-2016
Oxunma sayı: 68

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...