Rus Dram Teatrında "Blisslər ailəsi" eksentrik komediyasının premyerası olacaq

 
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə yeni tamaşanın premyerası olacaq.
Milletinsesi.info xəbər verir ki, yeni əsərin premyerası iyunun 4-də nümayiş etdiriləcək.
Rus Dram Teatrında ingilis dramaturqu, aktyoru və rejissoru Noel Kauardın "Blisslər ailəsi" eksentrik komediyası əsasında hazırlanan tamaşanın rejissoru, Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.
Tamaşada baş rolları xalq artisti Fuad Poladov və əməkdar artist Rita Əmirbəyova ifa edəcək.
Digər obrazları aktyorlar, Oleq Əmirbəyov, Natəvan Hacıyeva, Mariya Dubovitskaya, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov və Mədinə Mullayeva canlandıracaq.
Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev , geyim üzrə rəssam, əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı,əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Tamaşa keçmiş aktrisanın həyatından, ailə münasibətlərindən bəhs edir.

Xəbərin vaxtı: 03-05-2016
Oxunma sayı: 31


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: