10 küçə və prospektdə tıxac var - SİYAHI

 14-09-2023

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.  

Bu barədə “Ölkə.Az”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. "20 Yanvar" dairəsində;

3. Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının qarşısı, əsas yol, mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Bənzər yazılar

0.30710315704346